ARXİV - №1, 2021

№1, 2021

SALVIA VERTICILLATA L. VƏ S. GLUTINOSA L. NÖVLƏRİNİN MÜQAYİSƏLİ ANATOMİK VƏ MİKROMORFOLOJİ ANALİZİ

Xülasə

Salvia (Lamiaceae) cinsinin dərman və aromatik xüsusiyyətlərini və Azərbaycan florasında növ zənginliyini nəzərə alaraq, cinsin S. glutinosa və S. verticillata növlərinin anatomik və mikromorfoloji xüsusiyyətləri müqayisəli şəkildə öyrənilmişdir. Toplanılmış bitki nümunələri işıq mikroskopu vasitəsi ilə tədqiq edilmişdir. Aparılmış anatomik tədqiqatlar nəticəsində hər iki növdə hüceyrə quruluşlarının oxşar olduqları, lakin hüceyrə saylarında, ölçülərində və ötürücü borularda bəzi fərqli xüsusiyyətlər müəyyən olunmuşdur. Skanedici elektron mikroskop vasitəsilə yarpaqlarda olan trixomların və fındıqca meyvələrin mikromorfoloji quruluşu öyrənilmişdir. Müəyyən olunmuşdur ki, S. glutinosa bitkisinin üzərində qısa, bir-iki hüceyrəli vəzili və bir-yeddi hüceyrəli örtük tükcüklərə rast gəlinir. Vəzili tükcüklər kapitat tükcüklərin II və III tipə aid olub, örtük tükcüklər isə I tipə aiddir. S. verticillata bitkisinin üzərində də həm örtük həm vəzili tükcüklər müşahidə olunur ki, vəzili tükcüklər bitkinin müxtəlif hissələrində dəyişkən olub, gövdə hissədə III tip kapitat tükcüklərlə, yarpaq hissədə isə kürəşəkili I tip kapitat tükcüklərlə xarakterizə olunur. Burada yuvarlaq çoxhüceyrəli sekretor başlı pelitat vəzili tükcüklərə də rast gəlinir. Bu növdə rast gəlinən örtük tükcüklər I və III tip (iynəşəkilli və buğumlu) örtük tükcüklərdir. Bu növlərin anatomik quruluşlarında olan fərqlər, növdaxili sistematika üçün əhəmiyyətə malikdir. Hər iki növə aid erem nümunələrinin səth teksturasında fərqli quruluş özünü göstərir. S. glutinosa bitkisinin erem nümunələri prolat (P) tipə aiddir. Eremlərin səthi nisbətən hamar olub, retikulat tiplidir. S. verticillata bitkisində də erem nümunələri prolat (P) tipə aiddir. Lakin eremlərin səth teksturası isə verikulat tiplidir, qaydasız yerləşmiş düymələr şəklindədir

Açar sözlər

Adaçayı, yarpaq, zoğ, trixom, tükcük
📄 Məqaləyə baxın 👁 98

Ədəbiyyat