“Azerbaijan Journal of Botany” Azərbaycan Botaniklər Cəmiyyəti (ABC) tərəfindən nəşr olunan akademik auditoriya üçün nəzərdə tutulmuş jurnaldır. Biz yüksə elmi səviyyəli, original məqalələr nəşr edirik. Jurnalda təcrübi tədqiqatların nəticələri, qısa hesabatlar və aktual mövzular üzrə xülasə tipli məqalələr çap olunur.
“Azerbaijan Journal of Botany” jurnalında alqologiya, botanika, mikologiya, anatomiya, biokimya, biofizika, fiziologiya, genetika, hüceyrə və molekulyar biologiya, bitki ekologiyası sahələri üzrə orijinal məqalələr dərc edilir.
Məqalənin təqdimatı
Məqaləni təqdim edərkən müəllif məqalənin əvvəllər digər jurnalda çap olunmadığını və çapa göndərilmədiyini təsdiq etməli və buna uyğun olaraq çapa razılıq verdiyi üçün bəyənnaməni doldurmalı və məqalə ilə birlikdə abc2018.botany@yahoo.com elektron poçtuna göndərməlidir.