№1, 2020
SÜTƏNÇAY VADİSİNİN BİTKİ BİOMÜXTƏLİFLİYİ (ŞƏRQİ AZƏRBAYCAN ƏYALƏTİ, İRAN)
Xülasə
Arasbaran meşələrində aparılan tədqiqatlarda İran İslam Respublikasının mühafizə olunan əraziləri daxilində, Kəleybər şəhərinin 50 km şimali-qərbində yerləşən Sütənçay vadisinin bitki biomüxtəlifliyi tədqiq edilmişdir. Birtərəfli variasiya analizləri (ANOVA) nəticəsində məlum olmuşdur ki, Dominantlıq və Evenness indekslərinə görə qruplar və bitki assosiasiyaları biomüxtəliflik cəhətindən bir-birindən fərqlənir və 100% ehtimalla əsaslı fərqləri vardır. Biomüxtəliflik indeksləri əsasında təcrübə sahələri 6 qrup təşkil etmişdir.
Açar sözlər
Arasbaran, biomüxtəliflik indeksləri, variasiya analizi