ARXİV - №1, 2024

№1, 2024

DƏRMAN GÜLÜMBAHARI (CALENDULA OFFICINALIS L.) BİTKİSİNİN ƏHƏMİYYƏTİ VƏ ÇOXALDILMASI

Xülasə

Məqalədə dərman gülümbaharı bitkisinin faydalı xüsusiyyətləri haqqında məlumat verilmiş, Gəncə və yaxın ərazilərdə yayılmış və mədəniləşdirilmiş növün bioekoloji, fenoloji inkişafı araşdırılmışdır. Fenoloji müşahidələr zamanı dərman gülümbaharı bitkisinin vegetativ və generativ orqanlarının müxtəlif quruluş formaları təhlil edilmişdir. Toxumların cücərmə vaxtı, kollanma və kolların böyümə mərhələləri, toxumların formaları tədqiqatlar nəticəsində müəyyən olunmuşdur. Aparılan müşahidələr göstərmişdir ki, ayrı-ayrı ərazilərdə eyni vaxtda (mart ayında) səpilən toxumlar aprel ayının ortalarında cücərməyə başlayır, qış soyuqları düşəndə dərman gülümbaharı kolları böyümədən qalır və sakitlik dövrünü keçirir. Məqalədə bu bitkilərin insan orqanizminə təsiri, onların istifadə qaydası haqqında geniş məlumat verilmişdir.

Açar sözlər

fenofaza, tibbi və ənənəvi istifadə, toxumların cücərmə vaxtı, toxumların forması
📄 Məqaləyə baxın 👁 305

Ədəbiyyat