№1, 2024
Plantago lanceolata L. növünün ex situ və in situ şəraitində ekoloji-anatomik xüsusiyyətlərinin təhlili
Xülasə
Tədqiqat zamanı Plantago lanceolatа növünün in situ və ex situ şəraitdə anatomik xüsusiyyətləri analiz olunmuşdur. Nümunələrdən alınmış en kəsimləri müvəqqəti və daimi preparatlarda yerləşdirildikdən sonra optik vasitələrlə təhlil edilmişdir. Anatomik en kəsimlər yarpaqdan, rozet hissəsindən və kökdən götürülərək histoloji boyamalar nəticəsində analizlərə cəlb olunmuşdur. Nəticədə bu orqanlarda və ümumilikdə bitkidə müxtəlif toxumaların necə formalaşması və yayıldığı mühitə uyğun nə kimi uyğunlaşmalara və dəyişkənliklərə sahib olduğu müəyyən edilmişdir. Plantago lanceolatа nümunələri üzərində aparılan müqayisəli anatomik tədqiqatlar nəticəsində aşkarlanmışdır ki, in situ şəraitdən götürülmüş nümunədə bütün toxuma kompleksi daha konservativ quruluşdadır. Ex situ səraitdə bitən nümunədə kökün korteks hissəsi daha həcmlidir, peridermdə fellem, fellogen və felloderm hüceyrələrinin sayı daha azdır. İn situ nümunə də isə əksinə mərkəzi silindr daha yaxşı inkişaf etmişdir. Qeyd edə bilərik ki, in situ nümunədə yarpaq mezofili nisbətən nazik, əsas parenxim toxuma daha kip yerləşmiş, kiçik ötürücü topanın sayı artıq, əsas mərkəzi damarda isə ksilem borularının və sklerenximanın hüceyrələri nisbətən artıq sayda müşahidə olunur