№1, 2024
Nasturtium officinale R.Br. növünün konstant və diaqnostik anatomik struktur göstəricilərinin mikroskopik analizi
Xülasə
Məqalədə Nasturtium officinale R.Br. növünün örtücü, parenxim, meristem, mexaniki, ötürücü toxumalarının mikroskopik tədqiqatı nəticəsində müəyyən edilmiş əsas əlamətləri haqqında məlumat verilir. Tədqqiqatların aparılması zamanı anatomik metdolara uyğun olaraq bitkinin kök, gövdə və yarpaqlarından hazırlanmış preparatlar BLM-210 LCD rəqəmsal mikroskopunda tədqiq edilmiş və növün anatomik xüsusiyyətləri müəyyən olunmuşdur. Tədqiqatın əsas məqsədi növün təyini üçün konstant və diaqnostik əlamətlərin müəyyən edilməsi olmuşdur. Aparılmış anatomik tədqiqatlar göstərmişdir ki, bitkinin örtücü toxuması zəif inkişaf etmişdir. Epidermisdə xloroplastlara rast gəlinir ki, bu da bitki aləmində nadir rast gəlinən bir hadisədir. Həmçinin kambinin və mexaniki toxumaların zəif inkişafı aşkar edilmişdir. Tədqiq olunmuş anatomik göstəricilər bu növ üçün diaqnostik əlamət hesab edilə bilər.