№1, 2024
MİNGƏÇEVİR ŞƏHƏRİ su Hövzələri ətrafı ƏRAZİlərin FLORASININ TƏHLİLİ
Xülasə
2021-2024-cü illərdə Mingəçevir şəhəri su hövzələri ətrafı ərazilərdə aparılan tədqiqatlar zamanı ərazinin yabanı florasında 30 fəsilə, 78 cinsə aid 158 növ bitkinin yayılması müəyyən edilmişdir. Tədqiqat zamanı müəyyən olunan növlərin flora konspekti hazırlanmış, ərazi florası üzrə taksonomik struktur, həyati formalar, coğrafi areal tipləri, ekoloji qruplar və endemiklik öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, ərazidə rast gəlinən Poaceae Barnhart, Amaranthaceae Juss., Asteraceae Giseke, Fabaceae Juss. və Cyperaceae Juss. fəsilələri daha çox növlə təmsil olunur. Aparılan tədqiqatlar zamanı ərazinin yabanı florasının formalaşmasında müəyyən olunan növlərin rast gəlindiyi bitkilik tipləri (6 bitkilik tipi, 8 formasiya sinfi, 9 formasiya qrupu, 10 assosiasiya) və bu bitkilik tiplərinin təsnifatı üzrə sxemlər də hazırlanmışdır. Müəyyən edilmişdir ki, son dövrlərdə baş verən ekoloji problemlər, o cümlədən antropogen amillər ərazinin flora və bitkiliyinə birbaşa öz təsirini göstərməkdədir. Bu baxımdan, regionlar üzrə floristik araşdırmalar və floranın coğrafi təhlilinin aparılması gələcəkdə ərazi hüdudlarında aparılacaq geobotaniki və yaxud da fitosenoloji tədqiqatlara zərurət yaradır.