№1, 2024
NAXÇIVAN MUXTAR RESPUBLİKASI SUTUTARLARINDA VƏ ÇAYLARINDA ÇİRKLƏNMƏ İNDİKATORU - SAPROFİT YOSUNLARIN YAYILMASI
Xülasə
Məqalədə suların çirklənməsinin göstəricisi olan indikator – saprogen yosunların Naxçıvan MR sututarlarında yayılma dinamikası haqqında məlumatlar verilir. Məqsədimiz suların çirklənmə dərəcəsinin göstəricisi olan indikator – saprogen yosunların muxtar respublika sututarlarında yayılma dinamikasını müəyyənləşdirməkdir. Tədqiqat oyekti olaraq Naxçıvan MR-in iri sututarlarından (Uzunoba, Sirab, H.Əliyev adına su anbarları, Batabat I, II, III gölləri, Naxçıvançay, Gilançay, Əlincəçay) toplanılmış saprofit yosunlar seçilmişdir. 2021-2023 ci illərdə aparılan tədqiqatlar nəticəsində regionun sututarları, çayları və göllərində 21 növ göy-yaşıl, 5 növ yaşıl və 5 növ diatom yosunlar aşkar olunmuşdur. Ən çox növ sayına Merismopedia Meyen, Anabaena Bory et al Bornet, Microcystis F.T. Kützing, Oscillatoria Vaucher et al Gomont cinslərində rast gəlinmişdir. Diatom yosunların 2 saprogen növləri Asterionella formosa Hassall, Navicula oblonga (Kützing) Kützing Naxçıvan MR-in alqoflorası üçün ilk dəfə qeyd olunur. Qeyd olunan növlər çirklənmə indikatoru saprogen növlər olub, kosmopolit, şimali-alp, alp, arktoalp, indifferent və boreal coğrafi elementlər tiplərinə daxildirlər.