ARXİV - №1, 2024

№1, 2024

Həştərxan vilayətinin landşaftlar üzrə lixenobiotasının paylanma xüsusiyyətləri

Xülasə

Məqalədə Həştərxan vilayətində nadir növlərin təftişi də daxil olmaqla, şibyələrin növ tərkibinin landşaftlar üzrə yayılmasının müəyyələnləşdirilməsi məqsədilə müasir lixenoloji tədqiqatların nəticələri təqdim olunur. Tədqiqatlar 2015-2024-cü illərdə əsas landşaftlarda aparılıb: Baskunçakski: Baskunçak gölünün ətrafı, Böyük Boqdo dağı; Volqa-Axtuba subasarının və Volqa çayının deltasının landşaftları. Şərq: ilmen-təpələri və Berovsk təpələrinin landşaftı. Tədqiq olunan landşaftların lixenobiotası 14 cins və 10 fəsiləyə aid 21 növlə təmsil olunur. Bunlardan 10-u nadir və qorunan şibyə növüdür. Onlardan 6 növü: Circinaria esculenta (Pall.) Sohrabi, Circinaria fruticulosa (Eversm.) Sohrabi, Circinaria hispida (Mereschk.) A.Nordin, Savic & Tibell., Psora saviczii (Tomin) Follman & A. Crespo, Xanthoparmelia subdiffluens Hale, Seirophora lacunosa (Rupr.) Fröden. 2014-cü ildə Həştərxan vilayətinin Qırmızı Kitabına daxil edilmişdir. 2024-cü ildə Həştərxan vilayətinin regional Qırmızı Kitabına 4 növün: Neofuscelia ryssolea (Ach.) Essl., Peltigera canina (L.) Wild., Caloplaca saxicola (Hoffm.) Nordin, Physcia clementei (Sm.) Lynge. daxil edilməsi tövsiyə olunur. Növlər nəsli kəsilmək təhlükəsi altındadır və onların sayı kritik səviyyəyə enmişdir.

Açar sözlər

antropogen landşaftlar, Volqa çayı deltası, landşaft, lixenobiota
📄 Məqaləyə baxın 👁 199

Ədəbiyyat