№1, 2024
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN FLORA VƏ BİTKİLİYİNƏ DAİR
Xülasə
Məqalədə 30 il işğala məruz qalmış Qarabağ və Şərqi Zəngəzur florası və bitkiliyinin dünəni, bugünü və gələcək proqnozları barədə məlumatlar öz əksini tapmışdır. Ədəbiyyat materiallarına və son illərdə aparılan florsitik təftişlərə əsasən regionun mühafizə statuslu ərazilərinin müqayisəli təhlili verilmiş və son vəziyyəti qiymətləndirilmişdir. Əsas məqsəd təbiətə dəyən ziyanın müəyyənləşdirilməsi və ölkənin davamlı inkişafı üçün yol xəritəsinin təyinidir. Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüş və qozdan ibarət qiymətli və çoxillik ağac bitkilərinin yaratdığı sıx meşəlik kimi bənzərsiz bir ekosistemin, o cümlədən Şərq çinarlığı meşəliyinin məhv edilməsi biomüxtəlifliyə ən ağır zərbə olmuşdur. Ümumilikdə ərazidə 2500-2800-ə qədər bitki yayıldığı məlum olmuşdur. Bu cür zəngin bioloji müxtəlifliyin əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində yayılması və həmin növlərin qorunub saxlanılması üçün ərazilərin yenidən təftişinin vacibliyi vurğulanmışdır. Bu tip tədqiqatlar hələ uzun illər üçün proqnozlaşdırılır