№2, 2023
MİS SULFAT ƏLAVƏ EDİLMİŞ QİDALI MÜHİTDƏ YETİŞDİRİLƏN SOYA BİTKİSİNİN MORFOLOJİ GÖSTƏRİCİLƏRİ
Xülasə
Ağır metalların bitkilərə təsiri və onların cavab reaksiyaları çox vaxt iki fazalı xarakterə malik “qatılıq-təsir” hipotezinə tabedir. Yəni, ağır metallar zəif qatılıqlarda bitkiyə stimullaşdırıcı təsir göstərə bilirlər və əksinə yüksək qatılıqları isə artma faizindən asılı olaraq inhibitor təsir göstərirlər. Ona görə də, məqalədə mis sulfatın iştirakı ilə rizobium kökyumrusu bakteriyası ilə inokulyasiya olunmuş soya bitkisinin morfoloji göstəriciləri öyrənilmişdir. Tədqiqatın obyekti kimi soya (Glicine hispida L.) bitkisinin “Bravo” sortundan istifadə edilmişdir. 260 dərəcə temperaturda ümumi qəbul olunmuş üsulla Bequnun modifikasiyasında becərilmiş bitkinin toxumları Ümumrusiya Soya elmi tədqiqat İnstitutundan alınmış Rhizobium japonicum kökyumrusu bakteriyasının 648a ştammı ilə inokulyasiya olunmuşdur. Mis sulfatın 6·10-5М, 6·10-4М və 3·10-3М qatılıqlarından istifadə edilmişdir. Göstərilmişdir ki, mis sulfatın yüksək qatılıqlarının rizobium bakteriyaları ilə inokulyasiya olunmuş soya bitkisinin cücərtilərinin morfoloji göstəricilərinə kontrola nisbətən ləngidici təsir göstərməsinə baxmayaraq, onun 6·10-4М qatılığında Rhizobium japonicum 648a ştammı ilə inokulyasiya olunmuş bitkilər daha çox kökyumruları əmələ gətirirlər, yəni cücərtilərin virulentliyi təxminən 1,5 dəfə artmışdır və morfoloji göstəriciləri də kontrola nisbətən yüksəkdir.