ARXİV - №1, 2020

№1, 2020

Şəki, Zaqatala və Balakən rayonlarının (Azərbaycan) təbii və mədəni dendroflorasının təhlili

Xülasə

Azərbaycanın göstərilən botaniki-coğrafi bölgəsində relyef quruluşuna görə səhradan subalpa qədər nadir bitki növləri cəmləşib. Antropogen amillər ətraf mühiti dəyişdirən və iqlimə təsir edən insan fəaliyyətlərini əhatə edir. Biomüxtəlifliyin qorunmasında təbiət qoruqlarının rolu olduqca əhəmiyyətlidir. Respublika ərazisində xüsusi mühafizə olunan təbii mühit şəbəkəsini genişləndirmək, biomüxtəlifliyi qorumaq və təbii sərvətlərdən səmərəli istifadəni təşkil etmək üçün bir çox qoruq yaradılmışdır. Məqalədə Dövlət Təbiət Qoruğundakı bitkilərin taksonomik tərkibi və həyat formaları haqqında məlumat verilir. Bitkilərin biologiyası və bioekoloji xüsusiyyətləri öyrənilmişdir. Azərbaycanda Dövlət Təbiət Qoruqları ilə yanaşı Pinus eldarica, Acacia, Alnus, Fagus və s. ağacları, eləcə də dünya florasında yayılmış Catalpa, Juniperus, Pinus, Cupressus cinsi növlərindən istifadə etməklə yeni parklar və bağlar salınmışdır.

Açar sözlər

bioloji müxtəliflik, Dövlət Təbiət Qoruqları, reliktlər və endemiklər, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər, bitkilərin həyati formaları
📄 Məqaləyə baxın 👁 119

Ədəbiyyat