№2, 2023
Saxlama zamanı üzümün mikroflorasının kişafı
Xülasə
Tədqiqatın məqsədi ayrı-ayrı üzüm sortların gilələrinin məhsul yığımından dərhal sonra və soyuducuda uzun müddət saxlandıqda epifitik mikroflorasının tərkibinin öyrənilməsi və üzümdə itkilərin qarşısının alınması üçün kükürd dioksidindən istifadənin effektivlik dərəcəsini müəyyən etməkdən ibarət olmuşdur. Tədqiqat obyekti kimi süfrə üzüm sortları Ağaday, Qara Şanı, Ağ Şanı və Sarı Gilə seçilmişdir. Gilələrin mikrobioloji yoluxması, qida mühitində aşılama yolu ilə təyin edilmişdir. Müəyyən olunmuşdur ki, təzə üzüm gilələrinin mikrobioloji çirklənməsi, üzüm sortundan asılı olaraq kəskin şəkildə dəyişir: Ağadayı sortunda Alternaria, Qara Şanıda Aspergillus, Ağ Şanıda Penicillium, Sarıgilədə Fusarium cinsinə aid göbələklər aşkar edilmişdir. Həmçinin, tədqiqatın nəticələri göbələklərin sayını 87% -ə qədər azalmağa imkan verən kükürd dioksidin istifadəsinin effektivliyini göstərdi.