№2, 2023
Azərbaycanda yayılmış Prunella vulgaris L. və Prunella grandiflora (L.) Turra. növlərinin polifenol tərkibi
Xülasə
Azərbaycanda yayılan Prunella vulgaris L. və Prunella grandiflora L. növlərinin bioloji aktiv maddələrinin kəmiyyəti və keyfiyyət tərkibi müəyyən edilmişdir. Məlum olmuşdur ki, tədqiq olunan növlərin müxtəlif orqanlarında polifenolların miqdarı 1767,9 mq%-dən 6503,3 mq%-ə, katexinlərin miqdarı 606,1 - 973,2 mq%-ə, flavonolların miqdarı 540 - 985,5, antosiyaninlərin miqdarı 321,6 - 4803,5 mq%-ə qədərdir. Ən çox polifenol Prunella grandiflora növünün çiçəklərində toplanır. Müəyyən edilmişdir ki, katexinlərin əsas komponentləri epikatexin və epikateçinqallat, antosianinlərin əsas komponentləri sianidin və peonidin, flavonolların əsas komponentləri rutin və kversetindir. Bu polifenolların komponentləri hipotonik, kardiotonik, antisklerotik fəallıq göstərir. Prunella grandiflora çiçəklərindən P-aktiv maddələrin konsentratını əldə etmək üçün xammal kimi istifadə edilə bilər. Prunella L. cinsinin növləri dərman bitkisi kimi introduksiya edilə bilər.