ARXİV - №2, 2023

№2, 2023

BƏSİTÇAY DÖVLƏT TƏBİƏT QORUĞUNDA ŞƏRQ ÇİNARININ (PLATANUS ORIENTALIS L.) YARPAQ AYASININ FLÜKTASİYAeDİCİ ASSİMETRİYA DƏYİŞKƏNLİYİ ƏSASINDA EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə

Məqalədə Bəsitçay Dövlət Təbiət Qoruğunda yayılmış Şərq çinarının (Platanus orientalis L.) yarpaq ayasının flüktasiyaedici assimetriyasının dəyişkənliyinin (FA) fitoindikator kimi istifadə olunmasından bəhs edilmişdir. Tədqiqatın aparılmasında əsas məqsəd morfogenetik yanaşma əsasında ətraf mühitin ekoloji qiymətləndirməsini aparmaqdan ibarət olmuşdur. Yarpaq ayasının formalarının göstəriciləri kimi indekslər, yəni ölçülərin nisbəti üzərində hesablamalar aparılmışdır. FA göstəriciləri müxtəlif illər üzrə qiymətləndirildikdən sonra FA korrelyasiya əmsalı hesablanmışdır. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, FA göstəricilərinin əksər nöqtələrdə qiyməti 0,045-dən yüksək olmamışdır. Bu da qoruq ərazisində ekoloji mühitin canlı orqanizmlər üçün optimum yaşayış səviyyəsində olduğunu göstərir.

Açar sözlər

Fluktasiyaedici assimetriya, morfoloji əlamətlər, Şərq çinarı, yarpaq ayası
📄 Məqaləyə baxın 👁 99

Ədəbiyyat