ARXİV - №2, 2023

№2, 2023

QARABAĞIN ARAN ƏRAZİLƏRİNİN SƏHRA VƏ YARIMSƏHRALARINDA YAYILAN BƏZİ FAYDALI BİTKİLƏRİN FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ RESURS POTENSİALI

Xülasə

Məqalədə Qarabağın aran hissəsinin səhra və yarım-səhralarının flora və bitkiliyinin müasir vəziyyəti, faydalı bitkilərin fitosenoloji xüsusiyyətləri haqqında məlumat verilir. Ərazinin fаydаlı bitkilərinin еtnохаrаktеrik səciyyəsi, xüsusi əhəmiyyəti оlаn resursların biоеkоlоji хüsusiyətlərinin, pоpulyаsiyа strukturunun müаsir vəziyyətinin və ehtiyatlarının öyrənilməsi həlli vacib olan problemlərdən biridir. Ərazi floristik cəhətdən tədqiq edilərək yulğun, dəvətikanı, subibəri, kəvər, sirkən, qaragilə, dəvəayağı, qarağan, pişikdırnağı və başqa cinslərə aid faydalı bitki növlərinin təbii ehtiyatının bol olduğu müəyyənləşdirilmiş, bəzi faydalı növlərin fitosenoloji vəziyyəti öyrənilmişdir. Ərazinin bitki örtüyündə yovşanlı, yovşanlı-efemerli yarımsəhra bitkilərinin üstünlük təşkil etdiyi məlum olmuşdur. Yerli əhali tərəfindən floranın bir çox faydalı bitkilərindən yem, qida, dərman, efiryağlı, vitamin tərkibli, bəzək və s. geniş istifadə etdiyi etnobotaniki sorğular əsnasında aşkarlanmışdır. Aparılan tədqiqatlar zamanı ərazi florası üçün öncədən göstərilməyən - Solanum rostratum Dunal., Hibiscus trionum L. növləri və onların əmələ gətirdiyi formasiya və assosiasiyalar yeni aşkar olunmuşdur.

Açar sözlər

bitkilik, ehtiyat, fitosenoloji təhlil, flora, yeni yayılma ərazisi
📄 Məqaləyə baxın 👁 105

Ədəbiyyat