№2, 2023
AZƏRBAYCANDA YAYILMIŞ ÇƏTİRYARPAQ (ASPERULA L.) CİNSİNİN TAKSONOMİK TƏRKİBİ
Xülasə
Məqalədə Azərbaycanda yayılan Çətiryarpaq (Asperula L.) cinsinin ədəbiyyat mənbələrinin, fond və ekspedisiya zamanı toplanılan herbari materiallarının araşdırılması nəticəsində respublikamızda yayılma yerləri, bitmə şəraiti, taksonomik tərkibi və nomenklatur dəyişiklikləri haqqında məlumat verilir. Tədqiqatlar nəticəsində çətiryarpaq cinsinə aid olan növlərdə nomenklatur dəyişikliklərin baş verdiyi və bəzi növlərin statusunun saxlandığı, bəzilərinin isə sinonimə keçirildiyi məlum olmuşdur. Beləliklə, son nomenklatur dəyişiklikləri də nəzərə almaqla 3 növün Galium cinsinə, 1 növün Cynanchyca cinsinə keçirildiyi və respublika ərazisində cinsin 6 növünə və 1 yarımnövünə təsadüf edildiyi aydınlaşdırılmışdır.
Açar sözlər
Asperula L., növ, seksiya, taksonomiya, yayılması, yaşayış mühiti