№2, 2023
ŞƏRQİ ZƏNGƏZUR VƏ ƏTRAF ƏRAZİLƏRİN FLORASININ TƏFTİŞİ
Xülasə
Aparılmış tədqiqatlar zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari fondunda saxlanılan işğaldan əvvəlki tarixə aid herbari nüsxələri araşdırılmış, eyni zamanda işğaldan azad olan ərazilərdən toplanmış herbari nüsxələri ilə müqayisə edilmişdir. Bu nümunələr içərisində Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş nadir, endem, kritik həddə və yoxolma təhlükəsi altında olan növlər (Zelkova carpinifolia (Pall.) K.Koch, Pyrus salicifolia Pall., Alcea sachsachanica Iljin, Tragopogon karjaginii Kuth.) vardır ki, müqayisə zamanı bir çox növlərin məhv edildiyi tərəfimizdən müəyyən edilmişdir. Lakin Crataegus orientalis M.Bieb., Platanus orientalis L., Datura stramonium L., Cuscuta campestris Yunck, Veronica anagallis-aquatica L., Lythrum salicaria L., Capparis spinosa L. və s. kimi bir çox növlərə rast gəlinməkdədir