ARXİV - №2, 2023

№2, 2023

NAXÇIVAN MR-DƏ VALERIANOIDEAE RAF. YARIMFƏSİLƏSİNƏ AİD NÖVLƏRİN ŞAQULİ QURŞAQLAR ÜZRƏ YAYILMA QANUNAUYĞUNLUĞU, HƏYATİ FORMALARI VƏ BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Xülasə

Məqalədə Valerianoideae Raf. - Pişikotular yarımfəsiləsinə daxil olan növlərin sistematik mövqeyi dəqiqləşdirilmiş, onların bioekoloji xüsusiyyətləri tədqiq edilmiş, cins və növlərin floristik tiplərə görə bölgüsü aparılmış, həyati forması, coğrafi areal tipi, ekoloji qrup və tətbiq sahəsi öyrənilmişdir. Tədqiqat ərazisində yayılmış Valerianella cinsi nümayəndələri həyati formalarına görə birillik otlar, Valeriana cinsi nümayəndələri isə kolcuqdur. Əsasən mezofit və mezokserofit bitkilərdir. Hündürlük qurşaqları üzrə yayılma qanunauyğunluqlarının təhlili göstərmişdir ki, hər iki cinsin nümayəndələri daha çox yüksək dağlıq ərazilərdə, alp və subalp qurşaqda yayılmışdırlar. Coğrafi areallarına görə aparılan araşdırmada Aralıq dənizi - 5, Qafqaz - 4, Kiçik Asiya - 2, İran - 2, Şərqi Aralıq dənizi, Avropa-Sibir, İran-Turan və Avropa-Sibir areal qrupu üzrə isə bir növ aid olmaqla paylanmışdır.

Açar sözlər

bioekoloji xüsusiyyətlər, botaniki-coğrafi rayon, Valerian, Valerianella, Valerianoideae
📄 Məqaləyə baxın 👁 111

Ədəbiyyat