ARXİV - №1, 2023

№1, 2023

Aşağı pH mühitdə fotosintetik aparatın formalaşmasına Mn2+ effekti

Xülasə

Tədqiqatlarda xlorofil a-nın millisaniyə ləngidilmiş flüoressensiyası (Xl a-nın msan LF) və xlorofil-zülal kompleksi (PAGE-poliakrilamid gel elektroforez) metodları ilə buğda cücərti yarpaqlarında (Triticum aestivum L.) biogenez prosesinə MnCl2 təsiri öyrənilmişdir. Msan LF tez və ləng komponentlərinin maksimum dəyişkənliklərində olan fərq, həmçinin onların nisbəti göstərir ki, Mn2+ toksiki təsiri bir tərəfdən xlorofilin biosintezinin zədələnməsinə, digər tərəfdən fotokimyəvi reaksiyaların formalaşmasının zəifləməsinə gətirib çıxarır. Ehtimal olunur ki, bu dəyişkənliklər fotosistem II-nin (FS II) reaksiya mərkəzləri (RM), protonların qradiyenti və elektron nəqliyyat zəncirində (ENZ) elektronların daşınma stabilliyi arasında qarşılıqlı zədələnmə nəticəsində baş verir. Elektroforeqramda xlorofil-zülal komplekslərinin işıqtoplayan piklərinin intensivliyinin azalması, xlorofilin formalaşmasının bloklanmasından, piqment-piqment və ya piqment-zülal əlaqələrinin pozulmasından xəbər verir.

Açar sözlər

elektron nəqliyyat zənciri, FS II, ağır metal, biogenez, xlorofil-zülal kompleksi
📄 Məqaləyə baxın 👁 194

Ədəbiyyat