ARXİV - №1, 2023

№1, 2023

Amaranthus retroflexus L. bitkisinin böyümə yerindən asılı olaraq morfofizioloji reaksiyaları

Xülasə

Yabanı halda bitən amarant (Amaranthus retroflexus L.) bitkisinin kök və yerüstü orqanlarında quru biokütlənin və azot formalarının toplanması tədqiq edilmişdir. Bitki nümunələri Azərbaycanın Kürdəmir (təcrübə sahəsi), Bərdə və Tərtər rayonları ərazisindən toplanmışdır. Müəyyən edilmişdir ki, nəzarətə nisbətən quru biokütlənin köklərdə toplanması Bərdədən toplanmış nümunələrdə 86%, Tərtərdən toplanmış nümunələrdə 70%, yerüstü orqanlarda isə müvafiq olaraq 85 və 52% azalmışdır. Bitkilərin kök və yerüstü orqanlarında zülal azotunun paylanması üzrə əldə edilmiş məlumatların təhlili göstərmişdir ki, Kürdəmir rayonundan götürülmüş nümunələrlə müqayisədə Tərtər və Bərdə rayonlarında azalmışdır. Eyni zamanda qeyd edilməlidir ki, Bərdə rayonunda zülal azotunun miqdarı Tərtər rayonundan götürülmüş bitkilərlə müqayisədə daha çox olub. Köklərdə zülal azotunun miqdarının artması bitkinin yetişdiyi mühitin qeyri əlverişli şəraitinə uyğunlaşma mexanizminin tərkib hissəsi olaraq sağ qalmasının göstəricisi ola bilər.

Açar sözlər

amarant, quru çəki, su tərkibi, azot formaları
📄 Məqaləyə baxın 👁 97

Ədəbiyyat