№1, 2020
Azərbaycanda dağ-kserofit bitkiliyinin yeni formasiyaları
Xülasə
Təqdim olunan məqalədə Reaumuria persica (Reaumuriaceae) və Zygophyllum atriplicoides (Zygophyllaceae) bitki növlərinin yeni formasiyaları haqqında məlumat verilir. Hər iki növ Azərbaycanda ancaq Naxçıvan MR yayılmışdır. Növlərin daha dəqiq yayılma sahələri və təsdiqedici orijinal təsvirləri göstərilir. Növlər Reaumurieta persicariae, Zygophylleta atriplicoideae kimi yeni formasiyalar, müxtəlif assosiasiyalar, makro və mikro qruplar əmələ gətirirlər. Onların yaşayış şəraiti, tərkibi və quruluşu, bioekoloji, fitosenoloji xüsusiyyətləri və iqtisadi əhəmiyyəti öyrənilmişdir. Bu formasiyaların flora tərkibində iqtisadi cəhətdən vacib, nadir, endemik, relikt və nəsli kəsilməkdə olan bitki növləri vardır. Təqdim olunan nümunələrin AMEA Dendrologiya İnstitutunun Dendroparkında introduksiya olunmuş nüsxələri vardır.