№1, 2023
Azərbaycan florasında yayılmış Lonicera caucasica PALL. növünün antosian tərkibinin tədqiqi
Xülasə
İlk dəfə olaraq Lonicera caucasica (Qafqaz doqquzdonu) növünün meyvələrinin antosian tərkibi kəmiyyət və keyfiyyətcə öyrənilmişdir. Fərdi antosianlar turş sellüloza tozu doldurulmuş sütünlu xromatoqrafiya vasitəsilə alınmış və kağız xromatoqrafiya vasitəsi ilə təmizlənmişdir. Fərdi maddələrin UB spektri spektrofotometrik və fotoelektrokalorimetrik metodla müəyyən edilmişdir. Şəkərlərin aqlikona birləşmə vəziyyətini tam və hissəli hidroliz metodu ilə təyin edilmişdir. Meyvədən alınmış antosian cəmində 3 antosian olması aşkar edilmişdir və onlardan ikisi fərdi halda alınmışdır. Xromatoqrafik, spektral və hidroliz analizləri əsasında fərdi antosianların sianidin3-qlükozid və sianidin-3,5-diqlükozid olduğu müəyyən edilmişdir. Meyvənin tərkibində 762 mq% antosian aşkar olunmuşdur. Tədqiqatın nəticələri göstərir ki, L. caucasica növünün meyvəsi antosian preparatı və təbii qırmızı yeyinti rəngi almaq üçün perspektivli xammal mənbəyidir.