№1, 2023
Kiçik Qafqazın şimal-şərq hissəsinin intrazonal ekosistemlərinin flora və bitkiliyi
Xülasə
Kiçik Qafqazın şimal-şərq hissəsinin zonal bitkiliklə yanaşı intrazonal bitkiliyi də üstünlük təşkil edir. Lakin intrazonal bitkilik tipi həmin təbii zona üçün səciyyəvi olmur və sərbəst zona əmələ gətirmir. Xüsusi edafik faktorların təsirindən formalaşan bu bitkilik tipi bir və ya bir neçə zona daxilində rast gəlinir. Çay vadilərinin bitkiliyi, bataqlıq bitkiliyi, su-sahil bitkiliyi, qaya-töküntü bitkiliyi və müxtəlif su hövzələrinin bitkiliyi, şoran və şorakətlərin bitkiliyi intrazonal bitkiliyə aid edilir. Bir zonadan digərinə keçdikdə intrazonal bitkilik çox da böyük olmayan sahəni tutaraq, həmin zonanın xüsusiyyətlərini özündə daşıyır. Müəyyən dövrlərdə intrazonal bitkilik zonal bitkiliyə görə üstünlük təşkil edir. İntrazonal bitkilik çox da böyük əraziləri əhatə etməsə də, xalq təsərrüfatı əhəmiyyətli yem, qida, dərman, balverən, efir yağlı bitkilərlə rast gəlinir. Xalq təsərrüfatı əhəmiyyətli intrazonal bitkilərə subasar çəmənlərdə, şoran ərazilərdə, qaya və töküntülərdə daha çox rast gəlinir.