ARXİV - №1, 2023

№1, 2023

İşğaldan azad edilmiş ərazilərdə flora müxtəlifliyinin monitorinqi və bəzi populyasiyaların qiymətləndirilməsi

Xülasə

Məqalədə 2022-ci ildə işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqin nəticələri barədə məlumat verilmişdir. Əsasən Şuşa, Kəlbəcər və Laçın rayonlarının bitki örtüyü təftiş olunmuşdur. Yabanı meyvələrdən Malus sylvestris subsp. orientalis (A.Uglitzkich) Browicz və Pyrus caucasica Fed. taksonlarının yaşlı dövrünə aid ontogenetik spektri tədqiq edilmiş, SP daxilində uyğun olaraq 17 və 25 fərd qiymətləndirilmişdir. Şuşa və ətraf ərazilərin (Daşaltı, Topxana meşəsi və s.) alp və subalp landşaftlarının, həmçinin Şərqi Zəngəzur landşaftlarının fon əmələ gətirən əsas növləri siyahıya alınmışdır.

Açar sözlər

biomüxtəliflik, monitorinq, bitki örtüyü, işğaldan azad olmuş ərazilər
📄 Məqaləyə baxın 👁 99

Ədəbiyyat