№1, 2023
Qarabağın nadir oduncaqlı bitkilərinin taksonomik tərkibi və müasir vəziyyəti
Xülasə
Məqalədə 30 il erməni işğalı altında olmuş Qarabağ bölgəsində təbii halda yayılmış nadir ağac və kol bitkilərinin taksonomik tərkibi şəxsi müşahidələr və ədəbiyyat məlumatları əsasında verilmişdir. Tədqiq olunan nadirlik statusu almış bitki növlərinin fitocoğrafi mənşəyi təhlil olunmuş, həyati formaları müəyyən edilmişdir. Bu növlər IUCN-nın 2001-ci il 3.1.versiyasına əsasən təhlükə kateqoriyaları üzrə qiymətləndirilmişdir. Tədqiqat nəticəsində məlum olmuşdur ki, ərazidə 18 fəsilə, 27 cinsə aid 36 nadir ağac və kol bitkisi yayılmışdır. Müəyyən edilmişdir ki, CR təhlükə kateqoriyasına 10 növ, EN kateqoriyasına 2 növ, VU kateqriyasına 12 növ, NT kateqoriyasına 9 növ, LC kateqoriyasına 2 növ və DD kateqoriyasına isə bir növ daxildir. Tədqiq olunan bu bitki növlərindən 5-i relikt, 29-u nadir və 2 növ isə endemdir. Nadir ağac və kol bitkilərinin həyati formaları öyrənilmiş, onlardan 13-nün mezofanerofit, 11-nin mikrofanerofit, 9-nun nanofanerofit, 2-nin meqafanerofit və birinin isə epifitfanerofit olduğu, fitocoğrafi mənşə baxımından 21 növün Aralıq dənizi, 11 növün İran-Turan və 4 növün isə Avropa-Sibir mənşəli olduğu məlum olmuşdur.