№2, 2022
Hypericum L. cinsinin bəzi növlərinin kimyəvi tərkibi və farmakoloji aktivliyi
Xülasə
İşin məqsədi Hypericum L. cinsi növlərinin kimyəvi tərkibi, farmakoloji fəallığı haqqında ədəbiyyat məlumatlarının ümumiləşdirilmiş nəticələrini təqdim etmək olmuşdur. Dazıotu cinsi növlərinin kimyəvi tərkibi Avroasiya arealı daxilində kifayət qədər öyrənilmiş və 80-ə yaxın komponent tədqiq edilmişdir. Xammalın əsas bioloji aktiv birləşmələri antrasen törəmələri (hiperisin), flavonoidlər (rutin, kversetin, hiperozoid), fenilpropanoidlər (xlorogen turşusu) və hiperforindir. İcmal məqalədə cinsə daxil olan növlərdən alınan ikincili metobolitlərin fiziki sabitləri, spektroskopik parametrlərinin (PMR - proton maqnit rezonansı, 13C NMR - 13C nüvə maqnit rezonansı, UB - ultrabənövşəyi, İQ - infraqırmızı) interpretasiyası verilmişdir. Farmakoqnostik və farmakoloji tədqiqatların nəticələri klinik sınaqlarının aparılmasının mümkünlüyünü və xəstəliklərin kompleks müalicəsində geniş terapevtik diapazonda istifadəsini müəyyən edir.