№2, 2022
COTA TRIUMFETTI (L.) J.GAY NÖVÜNÜN ETANOL EKSTRAKTININ KOMPONENT TƏRKİBİNİN ÖYRƏNİLMƏSİ
Xülasə
Məqalədə Cota triumfetti növünün yerüstü hissəsinin etanol ekstraktının komponent tərkibinin öyrənilməsi təqdim olunur. C. triumfetti növü Şamaxı rayonunda Kirovka kəndinin ətrafından, Pirqulu qəsəbəsi ərazisindən kütləvi çiçəkləmə fazasında yığılmış və bitki xammalından ekstraktiv maddələr cəmi alınmışdır. Xromato-mass-spektroskopiya metodu ilə C. triumfetti növünün yerüstü hissəsinin etanollu ekstraktından alınmış 55 komponent (87.51%) identifikasiya edilmişdir. Benzene, (1-butylheptyl) - 7.64%, Benzene, (1-pentyloctyl) - 7.49%, Benzene, (1-pentylheptyl) - 6.47%, Benzene, (1-butyloctyl) - 5.56%, Benzene, (1-methylundecyl) - 5.30%, Benzene, (1-butylnonyl) - 5.19%, Benzene, (1-ethyldecyl) - 4.99%, Benzene, (1-propylnonyl) - 4.86%, Benzene, (1-methyldecyl) - 4.33%, Benzene, (1-ethylnonyl) - 4.19% etanol ekstraktının əsas komponentləridir. Beləliklə, hesab edirik ki, tərkibinin bir çox dərman preparatlarının, məişət məhsullarının hazırlanmasında istifadə olunan benzol törəmələrindən ibarət öyrəndiyimiz C. triumfettii növü gələcəkdə hərtərəfli tədqiqə və tətbiqə ehtiyacı olan bitkilərdəndir.