№2, 2022
Eremurus spectabilis M.Bieb. bitkisinin çiçəkləmə biologiyası və şəkərlərin toplanma dinamikası
Xülasə
Məqalə Eremurus spectabilis bitkisinin çiçəkləmə biologiyası və şəkərlərin toplanma dinamikasının öyrənilməsinə həsr edilmişdir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, E.spectabilis bitkisinin vegetasiya müddətində boy artımı orta hesabla 52-58 sm təşkil edir. Çiçəkləmə fazası may ayında başlayır. Bazipetal çiçək qrupuna malikdir. Bir gündə açılan çiçəklərin sayı çiçək qrupunun sıxlığından asılıdır. E.spectabilis bitkisində gün ərzində şəkərin yığılma dinamikasının tədqiqi zamanı 9, 10, 11, 13, 16 və 20 saatdan sonra bitkinin yarpaqlarında şəkərin miqdarı qeydə alınmışdır. Tədqiqat nəticəsində 9, 10, 16 və 20 saatdan sonra götürülən nümunələrdə qlükozanın miqdarında artım müşahidə edilmişdir. Müəyyən edilmişdir ki, saat 1200-da götürülən nümunələrdə qlükozanın miqdarı saat 900-da götürülən nümunələrə nisbətən 2 dəfə az toplanmışdır. Fruktozanın az miqdarda toplanması müşahidə edilmişdir və gün ərzində bu miqdar az olaraq saxlanılmışdır. Saxarozanın miqdarında 9, 10, 16 və 20 saat ərzində yüksək toplanma müşahidə edilməmişdir. Saxarozanın ən yüksək miqdarda toplanması saat 1200 və 1400-da aşkar edilmişdir.