ARXİV - №1, 2020

№1, 2020

AZƏRBAYCAN FLORASINDA CENTAUREA OVINA (QOYUN GÜLƏVƏRİ) PALL. EX WILLD NÖVÜNÜN BİOLOJİ FƏAL MADDƏLƏRİNİN TƏDQİQİ

Xülasə

Məqalədə ilk dəfə olaraq tərkibində bioloji fəal maddələr saxlayan (Asteraceae) Centaurea cin- sinin C. ovina növü haqqında məlumat verilir. Centaurea cinsinin dünyada 700-ə qədər növü məlumdur. Bunlardan Azərbaycan florasında 49 növ təmsil olunur ki, bunlar sənayenin bir çox sahələrində yem bitkisi kimi, arıçılıqda, boyaq bitkisi kimi (qırmızı və sarı rənglərin alınması) istifadə olunurlar. Növlərin köklərindən, yarpaqlarından, gövdə və çiçəklərindən ikinci mənşəli maddələrdən: seskviterpen laktonlar, kumarinlər, flavonoidlər, antosianların və aşı maddələrinin alınmasında, ekstraktlarının və sulu dəmləmələrinin xalq təbabətində baş ağrısı, sarılıq, göz xəstəliklərində, yarasağaldıcı, sidikqovucu, allergiyaya qarşı, böyrək daşlarının təmizlənməsində, bir çox gec sağalan dəri xəstəliklərində, Hindistan xalq təbabətində mərkəzi sinir sistemi və bronx- ial asma xəstəliklərinin müalicəsində istifadə edilir. Bütün bunları nəzərə alaraq tərkibində terpe- noidli birləşmələr sinfinə aid maddələr saxlayan C. ovina növünün kimyəvi tərkibinin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Tədqiqat işində ekstraksiya, sütun xromatoqrafiya və İQ spektroskopiyası metodlarından istifadə edilmişdir. Aparılmış tədqiqatlar nəticəsində fərdi şəkildə 2 kristallik maddə - knitsin və pimpinellin əldə edilmişdir

Açar sözlər

seskviterpen laktonu, kumarin törəməsi, fərdi maddələr, sütünlu xromatoqrafiya
📄 Məqaləyə baxın 👁 105

Ədəbiyyat