ARXİV - №2, 2022

№2, 2022

Azərbaycanda yayılan adi çaytikanının (Hippophae rhamnoides L.) yarpaqlarının kimyəvi tərkibi

Xülasə

Məqalədə çaytikanının erkək fərdlərinin yarpaqlarında olan bioloji fəal və qidalı maddələrinin kəmiyyət və keyfiyyət tərkibinin öyrənilməsinin nəticələri təqdim olunur. Aparılan analizlər nəticəsində müəyyən olunmuşdur ki, erkək çaytikanın yarpaqlarında 12,13% ümumi şəkər, 0,78% pektin, 2,34% flavonoid, 12,71% tanin, 0,57 mq% katexin, 4,11 mq% karotinoid, 97,32 mq vitamin C, 0,31% ursol turşusu toplanır. Katexin cəmində + katexin, + epikatexin, + epikatexin qallat, flavonoid cəmində kversetin, izoramnetin, mirisetin, rutin, narsissin; karotinoid cəmində isə α-karotin, zeaksantin, violaxanthin, taraksantin, lutein aşkar edilmişdir. Tədqiqatın nəticələri göstərir ki, çaytikanı yarpaqları bioloji aktiv qida əlavəsinin, P-vitamin fəallığına malik dərman vasitəsi və karotinoid xlorofil pastasının alınması üçün perspektivli xammal mənbəyi kimi istifadə edilə bilər.

Açar sözlər

Çaytikanı, yarpaq, erkək fərdlər, bioloji fəal və qida maddələri
📄 Məqaləyə baxın 👁 108

Ədəbiyyat