ARXİV - №2, 2022

№2, 2022

BƏZİ TURQAY RELİKT FLORA NÖVLƏRİNİN BÖYÜMƏ VƏ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ

Xülasə

Üçüncü dövrün Oliqosen mərhələsinin əvvəllərindən etibarən Poltav florasını yarpaqlarını tökən və enliyarpaq Turqay florası əvəz etməyə başlayır. Turqay florasında Acer L., Fagus L., Ulmus L., Betula L., Quercus L., Juglans L., Pterocarya Runth., Fraxinus L., Vitis L., Zelkova Spach. və s. yarpağını tökən cinslər üstünlük təşkil etmişlər. Şərqi Qafqazda, o cümlədən də, Azərbaycanda Turqay florasından qalma relikt bitkilərə müasir dövrümüzdə, əsasən Talışda, Kolxiddə və qismən Böyük Qafqazın Cənub yamaclarını əhatə edən meşələrdə daha çox təsadüf edilir. Məqalədə Turqay florasına aid bəzi bitki növlərinin Abşeron şəraitində cücərtilərinin, bir-iki-üç illik tinglərinin böyümə və inkişaf xüsusiyyətləri verilmişdir

Açar sözlər

III dövr, oliqosen mərhələsi, relikt areal, relikt növlər, Turqay və Poltav florası, böyümə və inkişaf
📄 Məqaləyə baxın 👁 322

Ədəbiyyat