ARXİV - №2, 2022

№2, 2022

Qusar rayonunda bəzi nadir və endem növlərin senopopulyasiyalarının tədqiqi

Xülasə

Qusar rayonunda aparılan monitorinq və ədəbiyyat məlumatlarının təhlilinə əsasən burada 17 fəsilə, 23 cinsə aid olan 24 Qafqaz endeminin və 1 Azərbaycan endeminə (Rosa sosnonowskyi Chrshan.), o cümlədən, nəsli kəsilməkdə olan 30 fəsiləyə, 47 cinsə aid 51 nadir növə rast gəlinir. Tədqiqat ərazisinin meşə və çəmənlik senozlarında bitən bəzi endem, nadir və nəsli kəsilməkdə olan növlərin təbii senopopulyasiyalarının (SP) tədqiqi nəticəsində məlum olmuşdur ki, “Δ -ω” təsnifatına əsasən: SP Platanthera chlorantha cavan, Aquilegia olympia, Asyneuma campanuloides, Limodorum abortivum və Pyrethrum coccineum yetişmiş, Aconitum nasutum qoca, Sorbus aucuparia qocalan, Galanthus caucasicus və Ophrys caucasica keçid tiplidir. Bəzi introduksiya edilmiş nadir növlərin (G. caucasicus, P. chlorantha, L. abortivum, O. caucasica, Crocus speciosus, Ornithogalum ponticum, Himantoglossum formosum, Orchis purpurea və Dactylorhiza flavescens) fenoloji müşahidələri göstərdi ki, bu növlərin fərdi böyüməsi və inkişafı müsbət keçir və inkişaf dövrləri (vegetasiya, çiçəkləmə, meyvəvermə) təbii şəraiti ilə müqayisədə daha erkən başlayır.

Açar sözlər

nadir və endem növlər, senopopulyasiya, introduksiya, fenologiya
📄 Məqaləyə baxın 👁 280

Ədəbiyyat