№2, 2022
NAXÇIVAN MR-DƏ MALVACEAE JUSS. FƏSİLƏSİNİN BƏZİ NÖVLƏRİNİN FİTOSENOLOJİ XÜSUSİYYƏTLƏRİ
Xülasə
Aparılan tədqiqat nəticəsində Əməköməcikimilər - Malvaceae Juss. fəsiləsi bitkilərinin Naxçıvan MR ərazisində 9 cinsə daxil olan 22 növlə təmsil olunduğu və onlardan da 6 növünün becərildiyi aydınlaşdırılmışdır. Dərman bəlğəmotu - Althaea officinalis L. və meşə əməköməci - Malva sylvestris L. növlərinin fitosenoloji xüsusiyyətləri araşdırılmış, onların iştirak etdiyi formasiya və assosiasiyaların strukturu müəyyənləşdirilmişdir. Dərman bəlğəmotu 1 formasiya və 2 assosiasiya, meşə əməköməci isə 1 formasiya və 1 assosiasiya formalaşdırır. Fəsilənin Yaşılı - sarı gülxətmi - Alcea flavovirens (Boiss. & Buhse) İljin növünün də iştirak etdiyi 2 formasiya və 2 assosiasiya müəyyənləşdirilmişdir. Fəsilənin bu növləri elmi və xalq təbabətində müvəffəqiyyətlə istifadə edilir, onlardan təbii ehtiyatı bol olan Dərman bəlğəmotunun illik tədarük həcmi 8,74 t hesablanmışdır.