№2, 2022
Azərbaycanda Euphrasia L. (Orobanchaceae Vent.) cinsi növlərinin icmalı
Xülasə
Təqdim olunan məqalə Orobanchaceae Vent. fəsiləsnin Euphrasia L. cinsinin taksonomik tərkibini müəyyən etmək üçün ədəbiyyat mənbələrini nəzərə alaraq, Botanika İnstitutunun Herbarisində (BAK) olan son ekspedisiya zamanı toplanmış herbari nümunələrinin tənqidi təftişindən bəhs edir. Azərbaycan florasının Euphrasia cinsinin konspektində 16 növ əvəzinə 12 növ göstərilmişdir. Bunlardan 6 növ endemikdir. 3 növ (E.kurdica Kem.-Nath., E.karjaginii Kem.-Nath., E.nisami Kem.-Nath.) Azərbaycandan təsvir olunmuşdur. Növlərin bir hissəsi nomenklatur dəyişikliklərə məruz qalmışdır. Ədəbiyyat məlumatları və məlumat bazalarına (World plants: Synonymic Checklist of the Vascular Plants of the World) əsasən E. caucasica Juz., E. georgica Kem.-Nath., E. townsendiana Freyn ex Wettst. E. stricta auct. növləri E. pectinata Tenore. növünün sinoniminə keçirilmişdir. Euphrasia cinsi növlərinin yeni təyinedici açarı tərtib olunmuş, əsas sinonimləri, tipləri göstərilmiş və coğrafi yayılmaları dəqiqləşdirilmişdir. E. juzepchukii Denissova növü üçün Naxçıvanda yeni yayılma sahəsi aşkar edilmişdir.