ARXİV - №2, 2022

№2, 2022

AZƏRBAYCANDA BUYNUZYARPAQKİMİLƏR (CERATOPHYLLACEAE Gray) FƏSİLƏSİNİN TAKSONOMİK TƏHLİLİ

Xülasə

Məqalədə Buynuzyarpaqkimilər (Ceratophyllaceae) fəsiləsinin Azərbaycanda yayılan növlərinin sistematik təhlili verilir. Ədəbiyyat və fond materiallarının araşdırılması nəticəsində “Azərbaycan florası” çoxcildliyində göstərilməyən daha bir növün (Ceratophyllum tanaiticum) respublikamızda rast gəlinməsi müəyyən edilmişdir. Bundan başqa, C.demersum növünün Abşeronda yeni yayılma sahəsi aşkar edilmişdir. Məqalədə cins və növlərin statusları və yayılmaları haqqında geniş qeydlər, təsviri, təyinedici açarı, nomenklatur tipləri, coğrafi tipləri və fotoları verilmişdir

Açar sözlər

Azərbaycan, buynuzyarpaq, taksonomiya, cins, növ
📄 Məqaləyə baxın 👁 109

Ədəbiyyat