ARXİV - №1, 2022

№1, 2022

ŞİRVAN DÜZÜNÜN ÇƏMƏN-BOZ TORPAQLARINDA MİKROELEMENTLƏRİN PAMBIQ BİTKİSİ ALTINDA TƏTBİQİNİN EfFEKTİVLİYİ

Xülasə

Məqalədə Şirvan düzünün çəmən-boz torpaqlarında manqan, molibden, mis və sink mikroelementlərinin makrogübrələr fonunda pambıq bitkisi altında tətbiqinin bitkinin boyuna, qozaların sayına və bitkinin reproduktiv orqanlarının tökülməsinə təsirinin nəticələri təqdim edilmişdir. Mikrogübrələr: MnSO4 , (NH4 ) 2 MoO4 , CuSO4 və ZnSO4 duzları şəklində azot, fosfor və kalium gübrələri fonunda verilmişdir. Bu gübrələr sahəyə 2 dozada bitkinin inkişafının qönçələmə fazasında verilmişdir. Müəyyən edilmişdir ki, manqan, molibden, mis və sink mikroelementlərinin Şirvan düzünün suvarılan çəmən-boz torpaqlarında pambıq bitkisi altında tətbiqi bitkinin boyuna və bir kolunda olan qozalarının miqdarına müsbət təsir göstərmiş və bitkinin reproduktiv orqanlarının tökülməsini kəskin sürətdə azaltmışdır. Bu da öz növbəsində pambıq bitkisinin məhsuldarlığının artmasına və pambığın keyfiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Həmçinin, bu mikroelementlərin tətbiq edilməsinin istehsalat üçün iqtisadi baxımdan da böyük əhəmiyyət kəsb etdiyi qeyd edilmişdir.

Açar sözlər

torpaq, mikroelement, pambıq, kənd təsərrüfatı, gübrə
📄 Məqaləyə baxın 👁 106

Ədəbiyyat