ARXİV - №1, 2022

№1, 2022

Qarabağın bəzi aran rayonlarında yem bitkilərinin etnobaytarlıqda istifadəsi və onların məhsuldarlığının qiymətləndirilməsi

Xülasə

Tədqiqat işi 2021-2022 ci illərdə Qarabağın aran rayonları ərazisində (Bərdə və Tərtər rayonları) çöl tədqiqatları və etnobotaniki sorğular əsasında aparılmışdır. Tədqiqatın aprılmasında məqsəd yem bitkilərinin otlaq sahələrində dominant və ya subdominant olduqları senozlarının müəyyənləşdirilməsi, botaniki qruplar üzrə məhsuldarlığın qiymətləndirilməsi və etnobaytarlıqda istifadə yollarının araşdırılması olmuşdur. 28 fermer arasında aparılmış sorğulardan 8 yem bitkisinin istifadə məqsədi və üsulları öyrənilmişdir. Məlum olmuşdur ki, etnobaytarlıqda müxtəlif xəstəliklər üzrə yem bitkiləri dəmləmə, toz halında yemə qarışdırmaqla, yaxma hazırlamaqla tətbiq edilir. Həmçinin efemerli-yovşanlıq formasiyasında Artemisia lerchiana - Stipa szowitsiana + Atriplex leucoclada + Bromus japonicus + Chenopodium album assosasiyasının məhsuldarlığı 14,2s/ha (yaş çəki), 6,7s/ha (quru çəki), müxtəlifotlupaxlalı-taxıllıq formasiyasında Glycyrrhiza glabra + Bothriochloa ischaemum + Medicago coerulea assosasiyasının məhsuldarlığı 21,6s/ha (yaş çəki),13,9s/ha (quru çəki) qiymətləndirilmişdir. Hər iki senozda botaniki qruplar üzrə məhsuldarlığın əsas hissəsinin müxtəlifotlara məxsus olması aşkar olunmuşdur.

Açar sözlər

baytarlıq təbabəti, yem bitki qruplaşmaları və resurs potensialı
📄 Məqaləyə baxın 👁 192

Ədəbiyyat