ARXİV - №1, 2022

№1, 2022

İSMAYILLI VƏ QƏBƏLƏ RAYONLARINDA EPIPACTIS LATIFOLIA (L.) ALL. NÖVÜNÜN SENOPOPULYASİYALARININ TƏDQİQİ

Xülasə

Epipactis latifolia (L.) All. növünün senopopulyasiyalarının (SP) ontogenetik və demoqrafik strukturu ilk dəfə olaraq İsmayıllı və Qəbələ rayonlarında öyrənilmişdir. Fərdlərin ontogenetik vəziyyətini təyin etmək üçün ontogenezin diskret təsviri konsepsiyasından istifadə edilmişdir. Yaş, bərpaolunma, əvəzolunma, qocalma və effektivlik indeksləri hesablanmışdır. Senopopulyasiyanın tipi delta-omeqa (Δ-ω) təsnifatına əsasən təyin olunmuşdur. Məlum olmuşdur ki, bütün senopopulyasiyalar normaldır, SP 1 və 2 tam deyil. Tədqiq edilmiş 2 senopopulyasiyanın Δ və ω indekslərinə əsasən SP 1 yetkin, SP 2 yetişməkdə olan tiplidir.

Açar sözlər

ontogenez, senopopulyasiya, ontogenetik və demoqrafik struktur
📄 Məqaləyə baxın 👁 208

Ədəbiyyat