ARXİV - №1, 2020

№1, 2020

AZƏRBAYCANIN ŞİMAL-ŞƏRQ HİSSƏSİNİN BRİOLOJİ TƏDQİQATLARI

Xülasə

Məqalədə mamırlar haqqında qısa məlumat verılır. Əsas məqsəd, Azərbaycanın şimal-şərq hissəsinin (Quba, Qusar, Xaçmaz, Xudat, Nabran) yarpaqgövdəli mamırlarının öyrənilməsidir. Nəticədə, Azərbaycan ərazisi üçün yeni, nadir və dominantlıq təşkil edən fəsilələrə aid növlərin sistematik tərkibi və bioekoloji xüsusiyyətləri göstərilir. Tədqiqatlar zamanı Xaçmaz rayonunun təbii ekosistemlərindən toplanmış yarpaqgövdəli mamır nümunələri araşdırılarkən, Azərbaycan brioflorası üçün Climacium japonicum ilk dəfə bizim tərəfimizdən toplanıb, təyin edilmişdir. Təyinat əsasında nadir yarpaqgövdəli mamır növləri: Pottiaceae fəsiləsinə aid Didymodon tophaceus, Didymodon rigidulus, Entodontaceae fəsiləsinə aid Entodon concinnus, Brachytheciaceae fəsiləsinə aid Eurhynchium hians Sande Lac. var. atrovires, Eurhynchium hians Sande Lac.var. striatum. Növ müxtəliflikləri göstərilir. Dominant növlər: Brachytheciaceae fəsiləsinə aid: Homalothecium philippeanum, Brachytheciums alebrosum, Brachythecium mildeanum, Sciuro-hypnum populeum, Cirriphyllum piliferum, Pottiaceae fəsiləsinə aid: Syntrichia ruralis, Tortula caninervis, Tortella tortuosa, Barbula fallax, Mniaceae fəsiləsi: Mnium spinosum, Mnium stellare, Plagiomnium cuspidatum, Mnium affine, Mnium seligeri, Bartramiaceae fəsiləsinə aid Bartramiahalleriana, Anomodontaceae fəsiləsi: Anomodon attenuatus, Anomodon rugelii, Anomodon viticulosus, Anomodon longifolius və ya Anomodon longifolius yarpaqgövdəli yarpaqgövdəli mamırlar buna misaldır.

Açar sözlər

mamırlar, yarpaqgövdəli, fəsilə, cins
📄 Məqaləyə baxın 👁 238

Ədəbiyyat