ARXİV - №1, 2022

№1, 2022

Böyük Qafqazın cənub yamaclarının Phoma Sacc. cİnsİnə aİd göbələklərİ

Xülasə

Tədqiqat işi Böyük Qafqazın cənub yamacının Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında Rosaceae fəsiləsinə aid bitkilər üzərində yayılmış mikobiotanın öyrənilməsinə həsr olunmuşdur. Tədqiqatlar nəticəsində 17 sahib bitki üzərində aşkarlanan mikromisetlər arasında Phoma cinsinə aid 15 göbələk növü təyin edilmişdir. Bu növlərdən tədqiq edilən ərazi üzrə: yeddisi Qəbələ, beşi İsmayıllı və dördü Şamaxı rayonları üçün yeni növlərdir. Təyinat mikromisetlərin müasir taksonomik və nomenklatur dəyişiklikləri nəzərə alınaraq aparılmış və növlərin ən çox istifadə olunan sinonimləri, toplanma yeri, sahib bitkisi qeyd edilmişdir.

Açar sözlər

Ascomycota, bitki, mikromiset, cins, növ, sinonim
📄 Məqaləyə baxın 👁 97

Ədəbiyyat