№1, 2022
Azərbaycanın Astara rayonunun brİoflorasının növmüxtəlİflİyİ VƏ bİoekolojİ təhlİlİ
Xülasə
Azərbaycanın Astara rayonu ərazisində yayılmış yarpaqgövdəli mamırlarının növ tərkibinin və bioekologiyasının öyrənilməsi nəticəsində 18 fəsilə, 38 cinsə aid 77 növ yarpaqgövdəli mamır aşkar olunmuş və bioekoloji təhlil aparılmışdır. Syntrichia virescens (De Not.) Ochyra., Ulota crispa (Hedw.) Brid., Pseudocalleorgon lycopodioides (Brid.) Hedenas, Oreas martiana (Hoppe & Hornsch.) Brid. növləri Azərbaycan brioflorası üçün yeni olan yarpaqgövdəli mamır növləridir. Atrichum undulatum (Hedw.) Beauv., Atrichum haussknechtii Jur.& Milde, Mnium marginatum (Dicks.) P.Beauv., Palustriella decipiens (De Not.) Ochyra., Radula complanata (L.) Dumort. növləri isə nadir mamır növlərindəndir.
Açar sözlər
mamır, yarpaqgövdəli, mezofit, mezokserofit, taksonomiya