ARXİV - №2, 2021

№2, 2021

MUĞAN DÜZÜNÜN ÇƏMƏN-BOZ TORPAQLARINDA MAKROGÜBRƏLƏR FONUNDA MİKROELEMENTLƏRİN PAMBIQ BİTKİSİNİN MƏHSULDARLIĞINA TƏSİRİ

Xülasə

Respublikada prioritet sahə sayılan pambıqçılığın inkişaf etdrilməsi, onun məhsulunun artırılması, keyfiyyətinin yaxşılaşdırılması hazırda qarşıda duran əsas məsələlərdəndir. Pambıq bitkisinin inkişafı bütün bitkilərdə olduğu kimi xarici mühit amillərinin, o cümlədən atmosfer və torpaq-iqlim şəraitindən asılı olaraq dəyişir. Pambıq bitkisinin məhsuldarlığına mikroelementlərin (manqan, mis, sink, molibden) təsirinin öyrənilməsi məqsədilə Muğan düzü çəmən-boz torpaqlarında makrogübrələr fonunda mikrogübrələr tətbiq edilmiş və onun pambıq bitkisinin məhsuldarlığının yüksəldilməsinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bu torpaqlarda ümumi formada olan mikroelementlərin miqdarı tətbiq olunan mikroelementlərin klark miqdarından xeyli azdır. Bu baxımdan makrogübrələrin çəmən-boz torpaqlarda pambıq bitkisi altında tətbiqi bitkinin məhsuldarlığına bütün variantlarda müsbət təsir göstərmişdir.

Açar sözlər

element miqdarı, pambıqçılıq, Sabirabad rayonu, texniki bitki
📄 Məqaləyə baxın 👁 109

Ədəbiyyat