ARXİV - №2, 2021

№2, 2021

Azərbaycanda yayılAN Ajuga L. növlərinin anatomik və mikromorofoloji tədqiqi

Xülasə

Ajuga (Lamiaceae) cinsinin Azərbaycan florasında yayılan növləri haqqında məhdud məlumatların olduğunu nəzərə alaraq, cinsin növlərinin anatomik və mikromorfoloji xüsusiyyətləri müqayisəli şəkildə öyrənilmişdir. Toplanılmış bitki nümunələrinin bir hissəsi işıq mikroskopu vasitəsi ilə tədqiq edilmişdir. Aparılmış anatomik tədqiqatlar nəticəsində müəyyən növlərdə hüceyrə quruluşlarının oxşar olduğu , lakin hüceyrə ölçülərində, ötürücü toxuma sistemində, gövdə quruluşunda bəzi fərqli xüsusiyyətlərin olduğu müəyyən olunmuşdur. Skanedici elektron mikroskop vasitəsilə yarpaq, kasacıq və zoğlarda olan trixomların mikromorfoloji quruluşu öyrənilmişdir. Müəyyən olunmuşdur ki, Ajuga bitkisi üzərində qısa, bir-iki hüceyrəli vəzili və örtük tükcüklərə rast gəlinir. Həmçinin burada yuvarlaq çoxhüceyrəli sekretor başlı pelitat vəzili tükcüklərə də rast gəlinir. Bu növlərin anatomik və mikromorfoloji quruluşlarında olan fərqlər, növdaxili sistematika üçün əhəmiyyətə malikdir.

Açar sözlər

dirçək, yarpaq, zoğ, kasacıq, tükcük, trixom
📄 Məqaləyə baxın 👁 106

Ədəbiyyat