№2, 2021
Abşeronda becərilən Asparagus L. cinsinin növlərinin biomorfologiyası və həyat tsklinin gedişi
Xülasə
Məqalədə Asparagus L. cinsinin bəzi növlərinin (A. plumosus Baker., A. sprengeri Regel, A. officinalis L.)biomorfologiyasının, həyat tsklinin gedişinin təsviri, morfogenezin əsas qanunauyğunluqları və vegetativ orqanların anatomiyasının öyrənilməsinin nəticələri təqdim olunur. Morfogenezin yaş dövrləri müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, bütün zoğlar sisteminin formalaşmasında funksional fəaliyyətin saxlanmasında qoltuq tumurcuqları kompleks mühüm rol oynayır. Fillokladiyanın saplağının və tikanının yarpaq təbiətli olması təsdiqlənmişdir. Vegetativ orqanların müqayisəli anatomik analizi hər üç növdə demək olar ki, bərabər rast gəlinən kseromorf və mezomorf xüsusiyyətlərin birləşməsini göstərir. Kseromorfizm və mezomorfizm elementlərinin olması eyni yaşayış mühiti ilə əlaqəli olduğu müəyyən edilmişdir, çünki növlər oxşar təbii yaşayış yerlərinə üstünlük verirlər. Belə ki, bir assosiasiya daxilində birgə yayılma halları nadir deyil.