ARXİV - №1, 2020

№1, 2020

Yabanı növ və bəzi mədəni gilas (Prunus avium L.) sortlarının pomoloji və fenoloji xarakteristikaları

Xülasə

Gilas (Prunus avium) dünyada əhəmiyyətli meyvə bitkisidir. Tədqiqat işində Xaçmazda becərilən gilas bitkisinin müxtəlif sortlarının biomorfoloji göstəriciləri haqqında məlumat verilmişdir. Bununla yanaşı, gilas sortları üzərində fenoloji müşahidələr aparılmışdır. Müxtəlif gilas sortlarında tumurcuqların şişmə və açılma dövrü, meyvələrin yetişmə dövrü müqayisəli şəkildə tədqiq edilmişdir. Tədqiqat zamanı çiçəkləmə fazasının və meyvənin yetişmə fazalarının iqlim amilləri ilə əlaqəli olduğu güman edilir. Xaçmaz rayonunda yabanı gilas bitkisi qarışıq dağ meşələrində yayılmışdır. Bu bitki həmçinin mədəni halda müxtəlif təsərrüfatlarda və həyətyanı sahələrdə yetişdirilir. Tədqiqat işində gilasın həm yerli, həm də introduksiya olunmuş sortlarını göstərilmişdir. Nümunələr dəniz səviyyəsindən 140-150 metr yüksəklikdə yerləşən Xaçmaz rayonunun Qoçaqlı kəndindən toplanılmışdır. Tədqiqat işi müxtəlif gilas sortlarının 9 mədəni və 1 yabanı olmaqla onların meyvələrinin pomoloji xüsusiyyətlərini təyin etmək üçün aparılmışdır (“Regina”, “Xrustal”, “Alyanaq”, “Çəhrayı Napoleon”, ‘Qara Krımson”, “Ramon Oliva”, “Krım qırmızı”, “Ağ gilas”, “Krasnadar tezyetişən” və “Cır gilas”). Bu məqsədlə, müxtəlif pomoloji göstəricilərlə birlikdə təyin edilmiş sortlarda meyvələrin ümumi şəkər miqdarı ölçülmüşdür. Bütün araşdırılmış əlamətlərin nəticələri nümunələr arasında əhəmiyyətli dərəcədə fərqin olmasını göstərmişdir. Ümumi şəkər miqdarı Cır gilasda ən yüksək göstərici olaraq 26,9% təşkil edir. Bir meyvənin kütləsi (9.1 qr) Krasnadar tezyetişən və çəyirdəyin kütləsi (0,82 qr) Ramon Oliva sortlarında ən yüksək göstəricilər olub. 

Açar sözlər

sort, meyvə, çiçəkləmə, şəkərlər
📄 Məqaləyə baxın 👁 114

Ədəbiyyat