ARXİV - №2, 2021

№2, 2021

Xaçmaz və Şabran rayonlarında yerləşən kontinental sututarlarında yayılan diatom yosunların elektron mikroskopik üsullarla öyrənilməsi

Xülasə

Yer üzündəki ən qədim həyat formalarından biri olan yosunlar fototrof, heterotrof və ya miksotrof kimi yaşayan genetik və fenotipik müxtəlifliyi ilə biosferin demək olar ki, hər yerində rast gəlinən orqanizmlərdir. Diatom yosunlar (Bacillariophyta) hüceyrə daxilində əmələ gələn xarici spesifik silisium örtüyə sahib birhüceyrəli eukariotik ibtidai bitkilərdir. Məqalədə Xaçmaz və Şabran rayonlarının kontinental sututarlarında yayılmış diatom yosunların elektron mikroskopik üsullarla öyrənilməsi verilmişdir. Sistematika sahəsində elektron mikroskopik metodlardan istifadə etməklə yosunların incə quruluşları əsasında təyin etmək üçün dəqiq məlumatlar əldə etmək mümkündür. Məqsəd Böyük Qafqazın şimal-şərq hissəsində yerləşən Xaçmaz və Şabran rayonlarının sututarlarından yığılmış diatom yosunların ekoloji xüsusiyyətlərini, taksonomik strukturunu və morfoloji quruluşunu elektron mikroskopik üsulla öyrənməkdən ibarət olmuşdur. Tədqiqat nəticəsində Stauroneis smithii, Navicula oblonga, N.cryptotenella, Luticola mutica, Pinnularia viridis növləri müəyyən edilmişdir. Tədqiq olunan yosunlardan Pinnularia viridis dominantdır, 27°C temperatur və pH 5 aralığında tapılmışdır.

Açar sözlər

kontinental sular, Bacillariophyta, taksonomik strukturu, morfoloji və ekoloji xüsusiyyətlər
📄 Məqaləyə baxın 👁 259

Ədəbiyyat