ARXİV - №2, 2021

№2, 2021

AZƏRBAYCANIN YEMƏLİ GÖBƏLƏKLƏRİNİN TAKSONOMİK TƏRKİBİ, QİDA ƏHƏMİYYƏTİ VƏ EKOLOJİ QRUPLARI

Xülasə

Tədqiqat işində Azərbaycanda yayılmış qida əhəmiyyətli papaqlı göbələk növlərinin taksonomik tərkibi və ekoloji qrupları araşdırılmışdır. Məqalədə Basidiomycota şöbəsinin 6 sıra (Agaricales, Boletales, Russulales, Cantharales, Pezizales, Polyporales), 15 fəsilə, 33 cinsinə aid 52 yeməli göbələk növü barədə məlumat verilir. Araşdırılmış yeməli göbələklərin 24 növü Agaricales, 14 növü Boletales və 7 növü Russulales sıralarının nümayəndələridir. Digər 3 sıranın hər birinə bir və ya iki növ yeməli göbələk aid edilmişdir. Göbələklərin ekoloji qrupları araşdırılmış və onlar mikorizal, ksilotrof, humus saprotrofu, saprotrof və parazit olmaqla fərqləndirilmişdir.

Açar sözlər

Basidiomycota, ksilotrof, mikorizal, parazit, saprotrof
📄 Məqaləyə baxın 👁 273

Ədəbiyyat