№2, 2021
HİRKAN MİLLİ PARKININ YARPAQGÖVDƏLİ MAMIRLARI
Xülasə
Hirkan Milli parkında aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, ərazidə 11 fəsilə, 16 cinsə dair 32 növ toplanmışdır. Bu növlər arasında ciyərotu mamır 1 fəsilə, 1 cins olmaqla 1 növ təşkil edir. Ərazidən 10 fəsilə, 15 cinsə aid 31 növ yarpaqgövdəli mamır nümunəsi yığılmışdır. Yarpaqgövdəli mamırlar içərisində Brachytheciaceae fəsiləsi dominantlıq təşkil edir. Fəsilə 4 cinsə aid 9 növlə təmsil olunur. Ərazidə bu növlər içərisindən Brachythecium rutabulum, Grimmia ovalis, Leucodon immersus üstünlük təşkil edir. Tədqiqatlar nəticəsində bu növlərin 4 ekoloji qrupu müəyyən olunub. Epifitlər 16 növ, epigeylər 8 növ, epilitlər 5 növ, epiksillər isə 3 növlə təmsil olunur. Ərazidə dominantlıq təşkil edən 16 növlə təmsil olunan epifitlərdir.