ARXİV - №2, 2021

№2, 2021

AZƏRBAYCANDA ERYSIPHE CİNSİ GÖBƏLƏKLƏRİ, SAHİB BİTKİLƏRİ VƏ YAYILMASI

Xülasə

Hazırkı tədqiqat işində Azərbaycanda Erysiphe cinsinə aid göbələklərə məxsus 200-dən çox herbari nüsxəsi araşdırılmış, onların sahib bitkilər üzrə sırası və fiziki-coğrafi vilayətlər üzrə yayılması təhlil edilmişdir. Diaqnostik əlamətlər nəzərə alınmaqla təyinat aparılmışdır. Nəticədə Azərbaycanda Erysiphe cinsinə aid unlu şeh göbələklərinin 48 taksonunun mövcud olduğu müəyyən edilmişdir. Bunlardan 23-ü ot bitkiləri, 15-i kol bitkiləri, 10-u isə ağac bitkiləri üzərində patogenlik göstərir. Erysiphe cinsinə aid göbələklər respublika ərazisində daha çox Böyük Qafqazın cənub-şərq fiziki-coğrafi vilayətində, ən az isə Kiçik Qafqaz və Lənkəran fiziki-coğrafi vilayətlərində yayılmışdır. Cinsin nümayəndələrinin patogenlik göstərdiyi fəsilələr arasında ot bitkilərinin daxil olduğu Fabaceae fəsiləsinin, kolların daxil olduğu Berberidaceae, Celastraceae, Lythraceae, Oleaceae və Rhamnaceae fəsilələrinin, həmçinin ağacların daxil olduğu Fagaceae fəsiləsinin nümayəndələrində daha çox göbələk taksonuna təsadüf edilmişdir.

Açar sözlər

takson, patogen, müxtəliflik, növ daxili variasiya, unlu şeh
📄 Məqaləyə baxın 👁 97

Ədəbiyyat